Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Moskva İslam İnstitutunda Heydər Əliyevin 100 illiyi münasibətilə dəyirmi masa təşkil olunub

Moskva İslam İnstitutunda Heydər Əliyevin 100 illiyi münasibətilə dəyirmi masa təşkil olunub
REKLAM ALANI
29.05.2023
A+
A-

 

 

Moskva İslam İnstitutunda Heydər Əliyevin 100 illiyi münasibətilə dəyirmi masa təşkil olunub
, 2023
Moskva İslam İnstitutunda Heydər Əliyevin 100 illiyi münasibətilə dəyirmi masa təşkil olunub

 

 

 

Moskva İslam İnstitutunda müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi və dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Rusiya Federasiyası və Azərbaycan Respublikasının mədəni və elmi əlaqələrinin inkişafında ilahiyyat və multikulturalizm praktikalarının rolu” mövzusunda dəyirmi masa keçirilib.

Moskva İslam İnstitutu və Moskva şəhəri Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin birgə təşkil etdikləri tədbirdə ilahiyyatçılar, alimlər, tanınmış ictimai xadimlər və Azərbaycan diasporunun fəalları iştirak ediblər.

Dəyirmi masa iştirakçılarını salamlayan Rusiya Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru, ilahiyyat elmləri doktoru Damir Muxetdinov rəhbərlik etdiyi institutun tarixi və fəaliyyəti barədə məlumat verib, Azərbaycan xalqının və bütün müsəlman aləminin böyük oğlu Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun adından dəyirmi masa iştirakçılarına müraciət oxunub. Səfirliyin müşavir-elçisi Aqşin Əliyev tədbir təşkilatçılarına Heydər Əliyev haqqında yubiley kitabının nüsxəsini hədiyə edib.

 

 

 

 

Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kafedra müdiri, sosiologiya elmləri doktoru Ağamalı Məmmədov, Rusiya Sosial Universitetinin sosial fəlsəfə, dinşünaslıq və ilahiyyat kafedrasının əməkdaşı, fəlsəfə elmləri doktoru İbrahim Məlikov, Moskva şəhəri Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov və sədr müavini Həşim Əliyev çıxış ediblər.

Heydər Əliyevin yürütdüyü uzaqgörən və müdrik multikulturalizm siyasəti, etnik azlıqlara göstərilən diqqət və dövlət qayğısı sayəsində ölkəmizdə millətlərarası, konfessiyalararası barışığı saxlamağın və möhkəmləndirməyin mümkün olduğu, dahi şəxsiyyətin bütün sahələrdə milli peşəkar kadrların hazırlanmasında, texnoloji cəhətdən mürəkkəb olan yeni istehsal müəssisələrinin istifadəyə verilməsində müstəsna rolu qeyd edilib. Azərbaycanlı ilahiyyatçı alimlərin islamşünaslıq elminə töhfələri, çoxmillətli, çoxkonfessiyalı Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələri haqqında danışılıb. Tədbir iştirakçılarına 1982-1987-ci illərdə SSRİ Nazirlər Sovetinin birinci müavini Heydər Əliyevin şəxsi köməkçisi olmuş Camal Camalovun xatirələri təqdim edilib.

Tədbir çərçivəsində Azərbaycana və xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr olunmuş materialların saxlanıldığı muzey ziyarət edilib.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/moskva-islam-institutunda-heyder-eliyevin-100-illiyi-munasibetile-deyirmi-masa-teskil-olunub-2999

 

 

REKLAM ALANI