Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Marneulidə “Heydər Əliyev və müasir Gürcüstan” adlı konfrans təşkil olunub

Marneulidə “Heydər Əliyev və müasir Gürcüstan” adlı konfrans təşkil olunub
REKLAM ALANI
04.12.2023
A+
A-

 

 

 

 

Marneulidə “Heydər Əliyev və müasir Gürcüstan” adlı konfrans təşkil olunub

2023

 

 

 

Marneulidə “Heydər Əliyev və müasir Gürcüstan” adlı konfrans təşkil olunub

 

 

 

Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycan Evində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və müasir Gürcüstan” mövzusunda konfrans keçirilib.

 

 

 

Azərbaycan Evinin təşkilatçılığı və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) təşəbbüsü ilə baş tutan tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin, Marneuli bələdiyyəsinin, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin nümayəndələri, Marneuli, Bolnisi, Dmanisi və Qardabani rayonlarından ziyalılar, ictimai-siyasi xadimlər iştirak ediblər.

 

 

Öncə ümummilli lider Heydər Əliyevin, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri açan Azərbaycan Evinin direktoru Məhəbbət İmanov bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində Gürcüstanın paytaxtında və bölgələrində silsilə tədbirlərin keçirilməsi dahi şəxsiyyətə olan hörmətin, ehtiramın və sevginin bariz nümunəsidir.

 

 

 

Sonra AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov, Azərbaycanın Gürcüstandakı səfiriliyinin məsul əməkdaşı Ramel Lətifov, Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze, Marneuli bələdiyyəsi sədrinin müavini Rövşən İskəndərov, Gürcüstan parlamentinin sabiq deputatı, tarixçi alim Ramiz Bəkirov, Marneuli Sakrebulunun üzvü Anar Piriyev, sabiq deputat Hidayət Hüseynov və başqaları çıxış ediblər.

 

 

 

 

Natiqlər ümummilli liderin həyat və fəaliyyəti, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafındakı xidmətlərindən danışıb, onun haqqında xatirələrini bölüşüblər. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində gerçəkləşdirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin Azərbaycan və gürcü xalqlarının rifahının yüksəlməsində mühüm rol oynadığı, Prezident İlham Əliyev tərəfindən bu siyasi kursun uğurla davam etdirildiyi, münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi diqqətə çatdırılıb. Gürcü xalqının Heydər Əliyevin xatirəsinə böyük ehtiramla yanaşdığı vurğulanıb.

Tədbir çərçivəsində təşkil olunmuş fotosərgidə Heydər Əliyevin həyat və fəaliyyətini, dünya liderləri ilə görüşlərini əks etdirən şəkillər nümayiş etdirilib, ulu öndərə həsr olunmuş mahnılar səsləndirilib.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

Kaynak:https://diaspor.gov.az/az/news-detail/marneulide-heyder-eliyev-ve-muasir-gurcustan-adli-konfrans-teskil-olunub-3873

 

 

 

REKLAM ALANI