Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Braziliyada Azərbaycan barədə məlumatlandırıcı tədbir keçirilib

Braziliyada Azərbaycan barədə məlumatlandırıcı tədbir keçirilib
REKLAM ALANI
15.03.2023
A+
A-

 

 

 

 

 

Braziliyada Azərbaycan barədə məlumatlandırıcı tədbir keçirilib
, 2023
Braziliyada Azərbaycan barədə məlumatlandırıcı tədbir keçirilib

Braziliya Beynəlxalq Münasibətlər üzrə Jurnalistlər Assosiasiyasının prezidenti Fabiana Ceyhanın təşəbbüsü ilə Braziliya cəmiyyətində Azərbaycanla bağlı məlumatlılığın artırılması məqsədilə tədbir keçirilib.

100 nəfərin iştirakı ilə baş tutan tədbirdə Federal vilayətin beynəlxalq əlaqələr üzrə katibi Pako Britto, Braziliya parlamentinin deputatları Klaudio Kajado, İnoneide Kaetano, Pupio, balıqçılıq nazirinin müavini Karlos Mello, prokuror Ana Sallet və digər rəsmi şəxslər, ictimai xadimlər, jurnalistlər, həmçinin Türkiyə, Qazaxıstan, Cənubi Koreya, Nikaraqua və Qabonun bu ölkədəki səfirləri iştirak edib.

 

 

 

 

Azərbaycan həqiqətlərinin Braziliyada təbliğ olunması, məlumatlılığın artırılması baxımından böyük əhəmiyyət kəsb edən tədbirdə qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim edilib.

Fabiana Ceyhan Azərbaycan həqiqətlərinin dünyada təbliğinin əhəmiyyətindən danışıb, Xocalı soyqırımının təkcə Azərbaycana yox, bütün bəşəriyyətə qarşı törədilən qəddar cinayətlər siyahısında yer aldığını, 31 il ötməsinə baxmayaraq, soyqırımı törədənlərin hələ də layiqli cəza aqlmadıqlarını bildirib.

Tədbir Braziliyanın böyük oxucu kütləsinə malik 34 KİV-də işıqlandırılıb, eləcə də yerli www.omundodiplomatico.com.br xəbər saytının “Youtube” kanalında bu barədə veriliş yayımlanıb.

Qeyd edək ki, Azərbaycana dost münasibəti bəslədiyini mütəmadi olaraq fəaliyyəti ilə təsdiqləyən Fabiana Ceyhan ölkəmizin mədəniyyətini və milli-mənəvi dəyərlərini, habelə ölkəmizlə Braziliya arasında sıx əməkdaşlığı yerli mediada özünün müəllifi olduğu müxtəlif yazılar və videomateriallarla mütəmadi olaraq təşviq edir.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/braziliyada-azerbaycan-barede-melumatlandirici-tedbir-kecirilib-2594

 

 

REKLAM ALANI