Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Bolnisidə Novruz bayramı qeyd olunub

REKLAM ALANI
22.03.2024
A+
A-

Bolnisidə Novruz bayramı qeyd olunub
2024

 

 

 

Bolnisidə Novruz bayramı qeyd olunub
“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin təşkilatçılığı ilə Bolnisi rayonunun Mədəniyyət və İstirahət parkında Novruz Bayramı münasibətilə bayram tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin icraçı direktoru Rezo Həsənov öncə qonaqları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, sonra 2023-cü ildə Mərkəz tərəfindən həyata keçirilmiş tədbirlərlə bağılı qısa məlumat verib.

Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov çıxışında 2021-ci ildən etibarən fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin Bolnisi rayonunda bir çox yeniliklərin təməlini qoyduğunu bildirib.

Daha sonra Gürcüstan parlamentinin sabiq deputatı Mahir Dərziyev, “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin Azərbaycan dili müəllimi Fatma Əliyeva, Kvemo-Bolnisi (Kəpənəkçi) kənd 2 nömrəli ictimai məktəbin direktor müavini Çingiz Yaqublu və “Gürcüstan Azərbayacanlılarının İnteqrasiya Mərkəzi”nin (GAİM) direktoru Murad Muradov çıxış edərək bildiriblər ki, Novruz bayramını və digər milli bayramlarımızı yaşatmaq, adət-ənənələrimizi gələcək nəsillərə ötürmək hər azərbaycanlının borcudur.

Tədbirin gedişatında Bolnisi rayonunun kəndlərindən olan milli rəqs qrupları və Mərkəzin üzvləri azərbaycan və gürcü rəqslərini nümayiş etdirib, aşıqların ifasında saz havaları səslənib.

Daha sonra Mərkəzin 100-ə yaxın üzvünə Azərbaycan, gürcü və ingilis dili fənnlərindən əldə etdikləri nailiyyətlərə görə sertifikatlar verilib. Bundan əlavə, Mərkəzdə Azərbaycan dili, gürcü dili, ingilis dili, incəsənət və rəsm, məntiq, riyaziyyat fənnlərini tədris edən müəllimlərə təşəkkürnamələr təqdim edilib.

Mərkəzin İncəsənət və rəsm müəllimi Qəşəm Süleymanovun və rəsm kursunun üzvü Türanə Süleymanovanın çəkdiyi rəsmlər qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Sonda bayram tonqalı qalanıb və tədbir iştirakçıları üçün bayram süfrəsi açılıb.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/bolniside-novruz-bayrami-qeyd-olunub-4411

 

REKLAM ALANI