Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Avstraliyadakı Azərbaycan diasporu Türkiyəyə yardım kampaniyasına qoşulub

Avstraliyadakı Azərbaycan diasporu Türkiyəyə yardım kampaniyasına qoşulub
REKLAM ALANI
14.02.2023
A+
A-

 

 

 

 

Avstraliyadakı Azərbaycan diasporu Türkiyəyə yardım kampaniyasına qoşulub

, 2023
Avstraliyadakı Azərbaycan diasporu Türkiyəyə yardım kampaniyasına qoşulub
Avstraliya İttifaqında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və fəalları Türkiyədə baş verən dəhşətli zəlzələ ilə əlaqədar yardım kampaniyasına başlayıb.

Avstraliya İttifaqında yaşayan soydaşlarımız tərəfindən ümumilikdə 5300 AUD (6265 manat), o cümlədən Sidneydən 3535 AUD, Brizbondan 780 AUD, Pert, Melburn və Balarat şəhərlərindən isə ümumilikdə 1000 AUD məbləğində pul vəsaiti toplanaraq Türkiyənin həmin ölkədəki səfirliyinə və Oxfam GB xeyriyyə təşkilatına təqdim olunub.

Avstraliyanın Brisben və Gold Cost şəhərlərində isə Türkiyədəki zəlzələ qurbanlarının anım mərasimləri keçirilib. Kvinslenddə Azərbaycan Milli Assosiasiyasından bildirilib ki, anım mərasimlərində ştatın hökumət başçısı, müxalifət lideri, şəhərlərin merləri, yerli ictimaiyyətin, türk və Azərbaycan icmalarının nümayəndələri iştirak ediblər.

Türkiyənin Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimlərdə zəlzələ qurbanlarının xatirəsi ehtiramla yad edilib və ruhlarına dualar oxunub. Mərasimlərin təşkilatçısı – Türkiyənin Kvislenddəki fəxri konsulu Turqut Menli çıxış edərək, dağıdıcı təbbi fəlakətin və itkilərin miqyasına diqqəti cəlb edib. Bu ağır günlərdə Türkiyənin yanında olan dövlətlərə və xalqlara, tədbirlərdə iştirak edən Azərbaycan və Şimali Kipr icmalarına minnətdarlığını bildirib.

Nəzərə çatdırıb ki, Gold Cost şəhərində Berra Sezginin təşkilatçılığı ilə türk və Azərbaycan icmaları tərəfindən 5000 dollar pul toplanaraq dərhal zəlzələ bölgəsinə göndərilib. “Mən Berra Sezginə və onu bu kampaniyada dəstəkləyən azərbaycanlı qardaşlarıma da təşəkkür etmək istəyirəm”, – deyə Turqut Menli vurğulayıb.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/avstraliyadaki-azerbaycan-diasporu-turkiyeye-yardim-kampaniyasina-qosulub-2380

 

 

REKLAM ALANI