Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

“Alyans” Gənclər Mərkəzində “Qarabağ xanlığı: Tarixi və mədəni kimlik” kitabı təqdim edilib

“Alyans” Gənclər Mərkəzində “Qarabağ xanlığı: Tarixi və mədəni kimlik” kitabı təqdim edilib
REKLAM ALANI
04.12.2022
A+
A-

 

 

 

“Alyans” Gənclər Mərkəzində “Qarabağ xanlığı: Tarixi və mədəni kimlik” kitabı təqdim edilib

“Alyans” Gənclər Mərkəzində “Qarabağ xanlığı: Tarixi və mədəni kimlik” kitabı təqdim edilib
Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində “Qarabağ xanlığı: Tarixi və mədəni kimlik” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan mərkəzin icraçı direktoru Rəna Hüseynova bildirib ki, kitab “Şuşa ili” çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi ilə nəşr edilib.

Qeyd edilib ki, tədbirin keçirilməsində başlıca məqsəd şagirdlərin və tələbələrin diqqətini kitabda Qarabağ xanlığına aid olan 300-dən çox artefaktın rəsminin yer aldığına cəlb etməkdir. Kitabın professor Eldar Nadiradzenin rəhbərliyi altında bir qrup gürcü alimin iştirakı ilə hazırlandığını vurğulayan R.Hüseynova bu nəşri Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin daha da dərinləşməsinə layiqli töhfə və tariximizin öyrənilməsi baxımından dəyərli mənbə adlandırıb.

Mərkəzin sədri Leyla Əmrahova yüzilliklərin yadigarı olan, əfsanəyə dönmüş həqiqətləri özündə yaşadan tarixi nümunələrin toplanılaraq nəşr edilməsinin əhəmiyyətindən söz açıb. Kitabı Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Qarabağ xanlığına və onun zəngin mədəni irsinə artan beynəlxalq marağın daha bir göstəricisi kimi qiymətləndirib.

Kitab barədə mərkəzin müdavimlərinə ətraflı məlumat verən tarix müəllimi Ruslan İsmayılov bildirib ki, nəşrdə XIX əsrdə və XX əsrin əvvəlində Qarabağa təşkil edilmiş elmi ekspedisiyalar zamanı toplanan çoxsaylı eksponatların bir hissəsi əksini tapıb. Bu eksponatların vaxtilə Rusiya imperiyasının Tbilisi şəhərindəki arxivlərinə göndərildiyi, hazırda isə Gürcüstan Milli Muzeyinin fondlarında saxlanıldığı vurğulanıb. Nəzərə çatdırılıb ki, artefaktlar (Qarabağ xanlığının bayrağı, Şah İsmayılın qalxanı, Şuşa şəhərinin görüntüləri, xalçalar, silahlar, rəsm əsərləri, qab-qacaqlar və s.) əsasında hazırlanmış kitabda Azərbaycan xalqının Qarabağ xanlığı dövründəki mədəni irsi nümayiş etdirilib. Kitabda təqdim olunan mühüm fotofaktlar bölgə əhalisinin necə yüksək inkişaf səviyyəsində yaşadığını göstərir, həmçinin Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təkzibolunmaz faktlarla sübut edir və erməni saxtakarlığına tutarlı cavabdır.

Tədbir çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin oktyabrın 24-də Mcxeta rayonundakı Muxrani sarayında (Château Mukhrani) “Qarabağ xanlığının irsi” sərgisində və “Qarabağ xanlığı: Tarixi və mədəni kimlik” kitabının təqdimatında iştirakı ilə bağlı video görüntülər nümayiş etdirilib.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

kaynak:http://diaspor.gov.az/az/news-detail/alyans-gencler-merkezinde-qarabag-xanligi-tarixi-ve-medeni-kimlik-kitabi-teqdim-edilib-2021

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.