Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Milanda Heydər Əliyevin 100 illiyi münasibətilə “Sənətin hamisi” adlı sərgi təşkil edilib

Milanda Heydər Əliyevin 100 illiyi münasibətilə “Sənətin hamisi” adlı sərgi təşkil edilib
REKLAM ALANI
23.06.2023
A+
A-

Milanda Heydər Əliyevin 100 illiyi münasibətilə “Sənətin hamisi” adlı sərgi təşkil edilib
2023

 

 

 

Milanda Heydər Əliyevin 100 illiyi münasibətilə “Sənətin hamisi” adlı sərgi təşkil edilib

 

 

 

 

İtaliyanın Milan şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Sənətin hamisi” adlı sərgi nümayiş etdirilib.

 

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Neapol-Bakı Assosiasiyasının təşkilatçılığı ilə baş tutan sərgi Vittorio Emmanuel Qalereyasında yerləşən qədim “Bokka” kitabxanasında gercəkləşdirilib.

 

 

 

 

Sərgidə görkəmli dövlət xadimi Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər və azərbaycanlı rəssam Elay Məmmədovun rəsm əsərləri təqdim olunub.

 

 

 

 

 

Tədbirdə çıxış edən Elay Məmmədov sərginin “Sənətin hamisi” adlandırılmasının təsadüfi olmadığına diqqəti cəlb edib. Bildirib ki, ölkəmizin zəngin mədəniyyətinin və incəsənətinin vurğunu olan Heydər Əliyev bütün siyasi fəaliyyəti dövründə istedadlı sənət adamlarını qorumağa, onların yolunda olan əngəlləri aradan qaldırmağa və dünyada tanınmalarına çalışıb. Bir çox Azərbaycan rəssamlarının, bəstəkarlarının və sənətçilərinin yaradıcılığının dəstəklənməsində müstəsna rol oynayıb.

 

 

 

 

 

Tədbir zamanı fransız əsilli pianoçu, La Skala Akademiyasının məzunu Selin Mişel fortepianoda klassik musiqi əsərlərini ifa edib.

 

 

 

 

Qeyd edək ki, Elay Məmmədov 1985-ci ildə Naxçıvan şəhərində anadan olub. Brera İncəsənət Akademiyasını bitirib. İtaliyada yaşayan rəssam bu ölkədəki müxtəlif rəsm qalereyalarında, fərdi və qrup sərgilərində öz əsərlərini təqdim edir. Onun gizli üslubda yağlı boya ilə çəkdiyi “Domesticated Red” və digər əsərləri italiyalı sənətsevərlərdə böyük maraq doğurur. Diasporla İş üzrə Dövlət Komitəsi istedadlı soydaşımızla bu istiqamətdə əməkdaşlıq edir.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/milanda-heyder-eliyevin-100-illiyi-munasibetile-senetin-hamisi-adli-sergi-teskil-edilib-3138

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.