Masallı – Tebriz Gazetesi

Millət vəkili Məşhur Məmmədov, “Azərbaycan dövlətinin iqlim dəyişikliyi ilə mübarizədə liderlik rolu”, ÖZEL
Millət vəkili Məşhur Məmmədov,

“Azərbaycan dövlətinin iqlim dəyişikliyi ilə mübarizədə liderlik rolu”, ÖZEL

Millet vekili Meşhur Memmedov,

1453 Kral Medya – 15 Kasım/ Türkiye

Bütün dünyanın diqqəti Azərbaycana, paytaxt Bakıya yönəlib. Azərbaycan COP29-a ev sahibliyi edir. 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir.

COP29 iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə ən mühüm platformalardan biridir. Bu sammit dünya liderlərini bir araya gətirərək, planetin gələcəyinə dair kritik qərarların müzakirə edildiyi bir məkandır. Azərbaycan Prezidenti İlham Əliyevin bu platformada iştirakı və çıxışı, ölkənin iqlim dəyişikliyi ilə mübarizədə artan rolunun bariz nümunəsidir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın “Yaşıl Enerji Zonası” təşəbbüsünü xüsusi vurğuladı. Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən bu layihələr Azərbaycanın iqlim hədəflərinə çatmasında mühüm rol oynayır. Bu ərazilərdə bərpa olunan enerji mənbələrindən (külək və günəş enerjisi) geniş istifadə nəzərdə tutulur.

Azərbaycan külək və günəş enerjisi kimi bərpa olunan enerji sahələrinə böyük sərmayələr yatırır. Bu, ölkənin karbon emissiyalarını azaltmaqla yanaşı, enerji ixracında dayanıqlı mənbələrdən istifadə etməsini təmin edir.

Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən bu təşəbbüs, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə ən müasir və ekoloji dayanıqlı infrastruktur yaratmaq hədəfini güdür. Bu layihə regionda “yaşıl inkişaf” modelinə keçid üçün nümunəvi bir addımdır.

Prezident Azərbaycanın Avropa və Asiya arasında enerji tranziti sahəsindəki unikal rolunu vurğuladı. Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinə töhfə verərək, həm də təbii qazın karbon emissiyalarını azaltmaq üçün keçid mənbəyi kimi istifadəsini təmin edir. Bununla yanaşı, Azərbaycan Avropa və Asiya bazarlarına yaşıl enerji və hidrogen ixracını genişləndirmək məqsədilə müxtəlif layihələr üzərində çalışır.

Azərbaycan, beynəlxalq iqlim razılaşmalarına sadiq qalaraq, Avropa və Asiya ölkələri ilə enerji sahəsində strateji tərəfdaşlıqlar qurur. Bu, regionda dayanıqlı enerji təchizatının təmin olunmasına və iqlim dəyişikliyi ilə mübarizədə kollektiv səylərin güclənməsinə şərait yaradır.

Bu cür layihələr Azərbaycanın qlobal səhnədə dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə üzrə lider rolunu gücləndirir.

Azərbaycanın başladığı meqalayihələr Avrasiyada enerji və daşımalar yollarını dəyişib. Şimal, Cənub, Qərb və Şərq məhz Azərbaycanın qovuşduğu bir məkandır. Burada enerji, mədəniyyət, o cümlədən daşımalar müxtəlif beynəlxalq iştirakçılar arasında baş tutur. Əminliklə demək olar ki, biz məhsuldar və çoxtərəfli əməkdaşlıq formatı qurmuşuq.

Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək.

Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və öz tərəfdaşlarımızla birgə çalışırıq ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirək. Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik. Bu kabelin texniki potensialı və yeri gəlmişkən, texniki əsaslandırma işləri bu yaxınlarda bitəcəkdir. Onun imkanları iki giqavat olacaqdır. Bu, yalnız başlanğıcdır.

Azərbaycan, iqlim dəyişikliyinin təsirlərini azaldaraq, öz enerji sektorunu diversifikasiya etməkdə qərarlıdır. Prezident çıxışında, həmçinin ölkənin meşə örtüyünün genişləndirilməsi, su ehtiyatlarının qorunması və dayanıqlı kənd təsərrüfatı sahəsində atılan addımlardan bəhs etdi. Ölkə rəhbəri İlham Əliyevin çıxışı, beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandı. Azərbaycan, iqlim dəyişikliyinə qarşı mübarizədə yalnız milli deyil, həm də qlobal səviyyədə məsuliyyət daşıdığını nümayiş etdirir. Beynəlxalq təşkilatlar və tərəfdaş ölkələr Azərbaycanın bu sahədəki təşəbbüslərini dəstəkləyir və əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Azərbaycanın COP29 sammitindəki fəal iştirakı ölkənin qlobal iqlim siyasətində vacib aktorlardan birinə çevrildiyini göstərir. Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən layihələr həm regional, həm də qlobal miqyasda dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahəsində mühüm töhfələr verir.

Bu layihələr həm ölkə daxilində, həm də regionda dayanıqlı inkişafın təmin olunmasına və iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq hədəflərə çatmağa mayak rolunu oynayır.

Azərbaycanın gələcək hədəfləri iqlim dəyişikliklərinin təsirlərini minimuma endirmək və dünyada yaşıl enerjinin inkişafına liderlik etməkdir.

COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulmasına çalışacaq.

Ülker PİRİYEVA/AZERBAYCAN

“Masallı” futbol öğrencisi Barselona’daki futbol akademisine transfer edildi – ÖZEL
“Masallı” futbol öğrencisi Barselona’daki futbol akademisine transfer edildi – ÖZEL

Türkiye, 15 Ekim — 1453 Kral Medya

2020 yılından bu yana faaliyet gösteren “Masalli” PFK’nin öğrencisi İspanyol futbol akademisine transfer oldu.

Kulüp başkanı Mirelem Heşimov bu konuda 1453 Kral Medya Azerbaycan başkanı Ülker Piriyeva’ya bilgi verdi.

Böylece 2009 doğumlu Masallı ilçesine bağlı Tatyanoba köyü sakini Kiçibeyov Ali Fariz oğlu, İspanya’nın Barselona kentinde bulunan “Marcet” futbol akademisine transfer oldu.

“Masallı” PFK, söz konusu oyuncuyu 2023/2024 sezonunda “Turan Tovuz” takımına transfer etmiştir.

ASTA (Azerbaycan Spor Yetenekleri Akademisi) Futbol Akademisi ile İspanya’nın Barselona kentinde bulunan “Marcet” Futbol Akademisi arasında imzalanan işbirliği anlaşmasına göre 2008-2009 doğumlu 51 futbolcunun seçim sonuçlarının açıklandığı duyuruldu.

15 oyuncu 4 yıl boyunca ASTA’nın mali desteğiyle Barselona’ya giderek Marcet’te antrenman yapacak. Gezi öncesinde çocuklar yaklaşık 2 ay süren hazırlık sürecinde İspanyolca da öğrendiler.

“Marcet” Futbol Akademisi antrenörleri Rivero Carlos Arias ve Ragel Marmol Felipe, 30 Haziran – 2 Temmuz tarihleri ​​arasında Bakü Olimpiyat Stadı’nda ASTA’nın sunduğu futbolcuları test etti. Genç sporcuların “Marcet” Futbol Akademisi’ndeki antrenmanlara katılımı ASTA başkanı Rafael Bunyatov tarafından düzenlendi.

Aynı zamanda, söz konusu transferin Masallı tarihindeki ilk olay olarak hatırlandığını da belirtelim.

Söhbet Piriyev/ AZERBAYCAN

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Dövlət Suverenliyi Günü-Yeni tarix”, ÖZEL
Azərbaycan Millət vəkili Məşhur Məmmədov,

“Dövlət Suverenliyi Günü-Yeni tarix”, ÖZEL

Millet vekili Meşhur Memmedov,

Hamımız qürurla cənab Prezident İlham Əliyevin iştirakı ilə Qarabağ Universitetinin açılışını izlədik. Qarabağ Universitetinin yaradılması tarixi hadisədir. Universitetinin yaradılması ilə bağlı müvafiq Sərəncam keçən ilin noyabrında imzalandı. Universitetinin 1200 tələbəsi var. Universitetdə ölkəmizin hər bir bölgəsindən tələbə var və fəxr olunası haldır ki, yüksək bal toplayan tələbələrin seçimi Qarabağ Universiteti oldu.

Müzəffər Ali Baş komandan İlham Əliyevin 20 sentyabr tarixində Xankəndi şəhərində Qarabağ Universitetində çıxışı zamanı qeyd etdiyi kimi, əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr – Dövlət Suverenliyi Günü idi. Qarabağ Universitetinin açılışının 20 sentyabrda baş tutması təsadüfi tarix deyil.

Düz bir il bundan əvvəl 20 sentyabrda qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etdi. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.

2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatı, Azərbaycanın müasir hərbi tarixinə qızıl hərflərlə yazılacaq bir zəfər olaraq yadda qaldı. Cəmi bir neçə saat davam edən bu əməliyyat, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etmək yolunda həlledici addım idi. Azərbaycan Ordusunun peşəkarcasına həyata keçirdiyi bu əməliyyat, Ermənistanın hərbi kontingentini tamamilə iflic vəziyyətə salaraq, separatizmin sonunu gətirdi və qısa müddət ərzində kapitulyasiya müzakirələrinə yol açdı.

Azərbaycanın 2020-ci ildə qazandığı zəfərdən sonra, 2023-cü ildə Ermənistan tərəfinin təxribatları və qeyri-qanuni silahlı qruplaşmalarının bölgədə təhlükəsizliyi pozmağa davam etməsi yeni təhlükələr yaratdı. Bu təxribatların əsas məqsədi, Azərbaycan ərazilərində gərginlik yaratmaq və regionda sabitliyi pozmaq idi. Ermənistan ordusunun dəstəyi ilə fəaliyyət göstərən separatçı qüvvələr, davamlı olaraq təxribat xarakterli hücumlar həyata keçirir, Azərbaycanın suverenliyinə təhdidlər yaradırdılar.

Bu səbəbdən, Azərbaycan tərəfi beynəlxalq hüququn tələblərinə uyğun olaraq lokal xarakterli antiterror əməliyyatına başladı. Əməliyyatın əsas məqsədi separatçı qüvvələri tərksilah etmək, bölgədəki hərbi obyektləri məhv etmək və Ermənistan ordusunun regionda mövcudluğunu tamamilə aradan qaldırmaq idi.

Antiterror əməliyyatı çox qısa müddətdə, cəmi bir neçə saat ərzində Azərbaycan Ordusunun tam qələbəsi ilə nəticələndi. Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı, müasir texnologiyaların və yüksək dəqiqliklə idarə olunan hərbi texnikaların tətbiqi, Ermənistan ordusunun 15 mindən çox hərbi kontingentini tamamilə iflic vəziyyətinə saldı. Azərbaycan Ordusunun həyata keçirdiyi dəqiq və qətiyyətli zərbələr nəticəsində separatçı qüvvələr tam təsirsiz hala gətirildi və onların hərbi infrastrukturu məhv edildi.

Antiterror əməliyyatının müvəffəqiyyəti, Ermənistan ordusunun və dəstəklədiyi separatçı qüvvələrin müqavimət göstərə bilməyəcəyini sübut etdi. Əməliyyatın sürəti və nəticələrinin qətiyyəti qarşısında Ermənistan ordusu geri çəkilmək məcburiyyətində qaldı. Hərbi kontingentin iflic olması və onların döyüş qabiliyyətinin tamamilə itirilməsi, Ermənistan tərəfini kapitulyasiya şərtlərini müzakirə etməyə məcbur etdi.

Cəmi bir neçə saat davam edən əməliyyatdan sonra, Azərbaycan tərəfi artıq Ermənistanla kapitulyasiya şərtlərini müzakirə etməyə başladı. Bu kapitulyasiya, Ermənistanın regiondakı hərbi fəaliyyətlərinin sona çatdırılması və Qarabağdakı separatçı elementlərin tamamilə aradan qaldırılması ilə nəticələndi.

Azərbaycanın sentyabr əməliyyatı təkcə hərbi qələbə ilə məhdudlaşmadı, eyni zamanda regionda yeni geosiyasi reallıqların formalaşmasına səbəb oldu. Bu qələbə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində tam suverenliyini bərpa etmək yolunda mühüm addım idi. Ermənistanın kapitulyasiyası ilə regionda uzun müddət davam edən münaqişənin sona çatdırılması, Cənubi Qafqazda yeni mərhələyə keçidi simvollaşdırdı.

Azərbaycanın beynəlxalq arenada mövqeyi daha da gücləndi və ölkə regionda sabitlik və təhlükəsizliyin təminatçısı olaraq öz rolunu təsdiqlədi. Azərbaycan Ordusunun gücü və peşəkarlığı, həmçinin beynəlxalq hüquqa və sülhə bağlılığı bir daha sübut edildi.

Demək olar ki, bütün böyük güclər, onların hamısı bu işğalı əbədi etmək istəyirdi. Heç biri istəmirdi ki, xalqımız bu işğaldan yaxasını qurtarsın. Yəni, daim bizi təzyiq altında saxlamaq, daim bu işğaldan bir təsir amili kimi istifadə etmək, öz maraqlarını təmin etmək və nəticə etibarilə bizi bu vəziyyətlə barışdırmaq istəyirdilər.

İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz.

Ülker PİRİYEVA/AZERBAYCAN

Millət vəkili Məşhur Məmmədov, “İqtisadi strateji hədəflər..”, ÖZEL
Millət vəkili Məşhur Məmmədov,

“İqtisadi strateji hədəflər..”, ÖZEL

Millet vekili Meşhur Memmedov,

Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfelimiz olub. Ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub. Xüsusi qeyd etmək lazımdır ki, qeyri-neft sektoru da ölkəmizə investisiyalar gətirməyə başlayıb. İnvestisiyanın təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür.

İqtisadiyyatda strateji hədəfimiz qeyri-neft sektorunun inkişafıdır. Azərbaycanda bunun üçün kifayət qədər resurslar var. Qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirmək hazırda bizim iqtisadi hədəfimizdir.

Hazırda Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır. Bizim neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi biz neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik.

Son geosiyasi dəyişikliklər nəticəsində Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac var.

Əsas daşıma infrastrukturu, Xəzər dənizindəki yataqlardan Avropaya qədər uzanan 3500 kilometrlik qaz boru kəməri vaxtında istismara verilib.

Növbəti illərdə Azərbaycan hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcək. Bu məqsədlə lazımi potensialı yaratmaq üçün tərəfdaşlarımızla, dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə çox yaxından işləyirik.

Azərbaycana etibar edən və Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərə çatmasına imkan yaradacaq Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti bərpaolunan enerjiyə böyük həcmdə investisiya yatırmağı qərar verib.

Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf edir. Birgə daha çox layihələrimiz olacaq. 1 qiqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanması Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsidir.

Birgə əməkdaşlıq təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcək. Mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq. Xatırladım ki, Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik.

Birləşmiş Ərəb Əmirlikləri ilə ölkələrimiz, hökumət strukturlarımız və şirkətlərimiz arasında əməkdaşlığın inkişafının yeni mərhələyə yüksəldiyini görürük.

Statistikadan da görmək olur ki, ölkəmizin iqtisadiyyatı çox sabitdir. Son 20 il ərzində bizim ümumi daxili məhsulumuz dörd dəfədən çox artıb. Birbaşa xarici borcumuzu ümumi daxili məhsulun 10 faizindən aşağı səviyyəyə salmağa və iyirmi il bundan əvvəl 50 faizə yaxın olan yoxsulluq səviyyəsini 5,5 faizə endirməyə nail olmuşuq.

Neft və qaz ixracından daxil olan gəlirlərin ədalətli paylanılması tamamilə yeni reallıqlar yaradır.

Prezident İlham Əliyevin cari ilin 26 oktyabr tarixində 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı qeyd etdiyi kimi, növbəti illərdə qısa müddət ərzində milli enerji şəbəkəmizin gücləndirilməsini təmin edəcək dövlət proqramını icra etməyi planlaşdırırıq.

Milli enerji şəbəkəsini gücləndirməliyik, bu zamanın tələbidir. Müvafiq dövlət proqramı icra olunur və artıq lazımi maliyyə resursları da ayrılıb.

Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara verilib və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır.

Siyasi iradə və cəmiyyətdəki birlik bütün hədəflərə nail olmaq üçün zəmin yaradır.

Ülker Piriyeva/ Azerbaycan

Masallı rayonunda ictimai ,siyasi xadim Teymur bəy Bayraməlibəyovun büstünün açılışı olub – ÖZEL
Ülker Piriyeva – AZERBAYCAN

1453 Kral Medya haber ajansı –

24 sentyabr 2022-ci il tarixdə Masallı rayon Yeddioymaq kənd 2 nömrəli tam orta məktəbdə, böyük mütəfəkkir, maarifçi, pedaqoq, folklorşünas, tarixçi-etnoqraf, ictimai-siyasi xadim Teymur bəy Bayraməlibəyovun büstünün açılış mərasimi keçirilib.

Belə ki, tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov, Musa Qasımlı, Fazil Mustafayev, Etibar Əliyev, Razi Nurullayev, “Regional hüquqi və iqtisadi maarifləndirmə” İB-nin sədri Arzu Bağırova, nəşriyyat rəhbəri Səməd Bağırov, tanınmış alimlər, yazıçılar və KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Masallı şəhər Heyər Əliyev Parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini, sonra “Qəhrəmanlar parkını və Şəhidlər abidə kompleksi”ni ziyarət edərək qəhrəmanların xatirələrini ehtiramla yad edib, önünə gül dəstələri düzüblər.

Sonra tədbir iştirakçıları Masallı rayon Yeddioymaq kənd 2 nömrəli tam orta məktəbin qarşısında yığışaraq Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qonaqları və tədbir iştirakçılarını salamlayaraq diqqətə çatdırıb ki, “Bu gün adını daşıdığı 2 nömrəli Yeddioymaq kənd orta məktəbində büstü qoyulan, işğına toplaşdığımız dövrünün böyük ziyalısı, görkəmli maarifçi, etnoqraf-tarixçi, Cümhuriyyət dövrünün böyük mübarizi Teymur bəy Bayraməlibəyov 160 il əvvəl Bakı quberniyasının Lənkəran qəzasının Yeddioymaq kəndində dünyaya göz açıb. Teymur ilk təhsilini Masallı rayonunun Qızılağac və Yeddioymad kəndlərində olan molla məktəblərində alıb. Mollaxanada dini təhsil alan və dünyəvi elmlərlə tanış olan Teymur Lənkəranda ikisinifli rus məktəbinə daxil olur. Gənc Teymur Tiflisdə həm feldşer məktəbini, həm də Qori Müəllimlər Seminariyasında da oxuyur. Seminariyanın ilk üç azərbaycanlı tələbəsindən biri Teymur olub. 1911-ci ildə Teymur bəyin pedaqoji fəaliyyətinin 30 illiyi təntənəli şəkildə qeyd olunub. Bu, o dövr üçün böyük hadisə idi. Teymur bəy bir az da irəli gedərək daha bir uğura imza atır. Lənkəranda Ünas (Qızlar) məktəbinin açılmasına nail olur.”

Milli Məclisin deputatı Məşhur Məmmədov tədbir iştirakçılarını və qonaqları salamlayaraq ictimai-siyasi xadim Teymur bəy Bayraməlibəyovun büstünün açılışı münasibəsibətilə çıxışında qeyd edib ki, bugünki açılış təkcə Teymur bəyin şəxsiyyətinə verilən qiymət deyil, bütövlükdə mədəniyyətə, həmçinin masallılılara, rayon ziyalılarına verilən dəyərdir..

Deputat Məşhur Məmmədov həmçinin vurğulayıb ki, tarixdə millətin ruhunu ifadə edə bilən şəxsiyyətlər qalır. Bu mənada, Teymur bəy xalqın ziyalısı idi. Ən çətin məqamlarda öndə dayanar, xalqın sözünü deyərdi. O eyni zamanda, özünün düşüncəsi, təfəkkürü, xarakteri, cəsurluğu, bütün varlığı ilə millətinin yanında olardı. Ona görə də bugün, belə bir şəxsiyyətin masalılılar tərəfindən bu dərəcədə qiymətləndirilməsi heç də təsadüfi deyil. Deputat bildirib ki, Teymur bəy Bayraməlibəyov

şəxsiyyəti ən yüksək ali qiymətə və dəyərə layiqdir.

Sonra çıxış edən Milli Məclisin deputatları Anar İsgəndərov, Musa Qasımlı, Fazil Mustafayev, Etibar Əliyev, Razi Nurullayev, “Regional hüquqi və iqtisadi maarifləndirmə” İB-nin sədri Arzu Bağırova, Professor Yadulla Ağazadə, “Masallı ziyalıları” İB-nin sədri Qardaş Fətullayev, Azərbaycan Musiqi Akademiyasının Professoru Tamilla Kəngərlinskaya və başqaları tarixçi-etnoqraf, pedaqoq, maarifçi, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu olduğunu, Bayraməlibəyovlar nəslinin kökü I Şah Abbasın hakimiyyəti illərinə, onların məşhur Şahsevənlar nəslinə mənsub olduğunu və XVI əsrin sonlarında Muğana köçdüyünü qeyd edib, onun mübarizələrlə dolu mənalı bir həyat yaşamış yorulmaz pedaqoq, publisist və ictimai-siyasi xadimin yaradıcılığını əsasən 2 dövrə aid olduğunu bildiriblər.

Qeyd edək ki, Teymur bəy Bayraməlibəyovun büstü onun adını daşıyan Masallı rayon II Yeddioymaq kəndində yerləşən 2 saylı tam orta məktəbin önündə Masallı şəhəri 70 saylı dairənin millət vəkili Məşhur Məmmədovun təşəbbüsü ilə ucaldılıb. Bütün masallılıların eyni zamanda, Masallı rayonunun şəhid və qazi ailələrinin hər daim yanında olan millət vəkili Məşhur Məmmədova minnəttarlığımızı bildiririk!

İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edib
İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edib

İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.

Dövlətimizin başçısı görüşdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Siz Göygöl, Lerik və Masallı rayonlarına icra başçıları vəzifəsinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Əminəm ki, bu etimadı öz işinizlə doğruldacaqsınız.

İlk növbədə, rayonlarda vəziyyət geniş təhlil olunmalıdır, mövcud nöqsanlar aşkar edilməli və aradan qaldırılmalıdır.

Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi. Əlbəttə ki, rayonların sosial-iqtisadi inkişafına bunun çox böyük töhfəsi olmuşdur. Çünki infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Biz elə infrastruktur layihələri icra etdik ki, heç sovet vaxtında bunlar icra edilmirdi. Xüsusilə Lerik rayonu sovet vaxtında qazlaşdırılmamışdı. Mənim göstərişimlə Lerikə qaz çəkildi. Üç rayon dağlıq rayon olduğu üçün əlbəttə ki, qazlaşdırma ilə bağlı problemlər digər rayonlarla müqayisədə daha ciddidir. Ancaq biz imkan daxilində bütün bu işləri görməklə insanların rifah halını yaxşılaşdırmışıq.

Təbii ki, bu infrastruktur layihələri iş yerlərinin yaradılmasına da xidmət göstərmişdir. Sahibkarlar da bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər. İş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Çünki ölkə əhalisi artır. Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Bu, təbii olaraq tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın. Eyni zamanda, biz işsizliklə bağlı mübarizədə də ciddi addımlar atırıq, ödənişli sosial işlərin yaradılması da geniş vüsət almışdır. Hər rayon üzrə kvota var. Əfsuslar olsun ki, bəzi rayonlarda bu işlərə cəlb ediləcək insanlar işlərə cəlb olunmamış, əksinə, onlara çatacaq vəsait rayon icra başçıları və digər məsul şəxslər tərəfindən mənimsənilmişdir.

Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır.

Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq.

Əlbəttə, fəaliyyətinizdə sosial ədalət prinsipinə əməl etməlisiniz. Sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür. Biz isə sağlam cəmiyyət qururuq və demək olar ki, bu işdə müvəffəqiyyətlər qazanmışıq. Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir, bizim xarici, daxili siyasətimizi dəstəkləyir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib. Bizim siyasətimiz ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Bizim siyasətimiz nəticəsində Azərbaycan hərbi və ondan sonra siyasi yollarla Ermənistanın işğalçılıq siyasətinə son qoydu, əzəli torpaqlarımızı azad etdi, tarixi ədaləti bərpa etdi, milli qüruru bərpa etdi.

Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Bilirsiniz ki, mənim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərim olub. Onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. Yəni, dövlət öz üzərinə düşən vəzifəni icra edir. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı ilə maraqlansınlar, onların məşğulluğu ilə maraqlansınlar.

Biz bu Qələbəni onlara – şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik. Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir.

Rayonların inkişafı ilə bağlı siz özünüz təşəbbüs göstərməlisiniz. Bəzi hallarda yerli icra orqanları bir qədər tənbəllik edirlər, ya gözləyirlər ki, dövlət tərəfindən hansısa layihələr icra ediləcək, ya da ki, sahibkar gəlib onların qapısını döyəcək. Belə olan halda, bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür. Siz özünüz sahibkarları rayonlarınıza cəlb etməlisiniz, həm yerli sahibkarları, həm də xarici sahibkarları. Xüsusilə nəzərə alsaq ki, Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir və bu rayonların füsunkar təbiəti bizim böyük sərvətimizdir – meşələr, dağlar, bulaqlar, çaylar, şəlalələr. Yəni, bu rayonları, sözün əsl mənasında, turizm mərkəzinə çevirmək hesab edirəm ki, əsas vəzifələrdən biridir.

Son illərdə bir çox işlər görülüb. Mən dəfələrlə Göygöl, Lerik və Masallı rayonlarında olarkən, o cümlədən bu məsələ ilə də maraqlanırdım və öz tövsiyələrimi verirdim. Bilirəm ki, bu rayonlarda müasir istirahət zonaları, otel kompleksləri inşa edilib və əlbəttə ki, bu proses daha geniş vüsət almalıdır. Bir neçə il bundan əvvəl, hətta Vətən müharibəsinə qədər biz Göygöl gölünü də ictimaiyyət üçün açdıq. Mən əvvəlki illərdə, müharibədən əvvəlki illərdə də maraqlanırdım ki, nə üçün Göygöl gölümüzə, bizim təbii sərvətimizə insanların yaxınlaşması, yaxud da ki, gəlişi mümkün deyil. Bunu onunla əsaslandırırdılar ki, təmas xəttinə yaxın olan ərazidir. Ondan sonra araşdırmağa başladıq və gördük ki, Göygöl gölü turizm obyekti kimi və bu gölün ekoloji vəziyyəti, ekosistemi qorunmaq şərtilə açıla bilər və bunu da etdik. İndi minlərlə insan hər gün, xüsusilə yaz-yay mövsümlərində Göygöl gölünə gəlir, bu gözəl mənzərəni seyr edir, xüsusilə Vətən müharibəsindən sonra ki, artıq biz düşməni torpaqlarımızdan qovduq. Əlbəttə ki, bu gözəl yerin turizm üçün çox böyük əhəmiyyəti var. Eyni zamanda, nəzərə alsaq ki, bu gün Göygöl rayonundan Kəlbəcər rayonuna yol açılır, tunel çəkilir, bu rayonun Kəlbəcər-Laçın zonasının inkişafı ilə bağlı xüsusi rolu vardır.

Digər rayonlarda da turizm potensialı çox zəngindir. Vaxtilə Lənkəran-Lerik yolu bərbad vəziyyətdə olduğu üçün Lerik rayonuna demək olar ki, turizm axını yox idi. Mənim göstərişimlə yol əsaslı şəkildə təmir olundu, yenidən quruldu. Lerik rayonuna da turizm axını başlamışdır. Bu rayonun da çox böyük tarixi, çox böyük sərvətləri var. Masallı rayonunun da həmçinin. Masallı rayonunun dağlıq hissəsi, düzən hissələri var. Bir daha demək istəyirəm ki, bu rayonların turizm potensialı çox zəngindir.

Eyni zamanda, hər üç rayonda kənd təsərrüfatının inkişafı üçün də çox gözəl imkanlar var. Burada da müasir tələblərə uyğun kənd təsərrüfatı yaradılmalıdır. Müasir aqrotexniki tədbirlərin görülməsi, tətbiq edilməsi şərtilə heyvandarlıq, bitkiçilik rayonların xüsusiyyətlərinə görə inkişaf etməlidir. Bununla bağlı olan çox ciddi məsələ torpaqlardan səmərəli istifadə edilməsidir. Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmışdır, qanunsuz zəbt edilmişdir. Kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda ya evlər tikilmişdir, ya da ki, sadəcə olaraq, o sahələr hasarlanıb kiminsə mülkiyyətinə çevrilmişdir. Biz bu məsələni bu yaxınlarda ciddi araşdırmağa başladıq və gördük ki, burada çox böyük pozuntular var. Vəzifəli şəxslər yerli icra orqanlarının nümayəndələrinə göstəriş verirdilər ki, o torpağı mənə ver, bu torpağı mənə ver. Beləliklə də torpaq fondu azalırdı və torpaqların qanunsuz zəbt edilməsi prosesi əfsuslar olsun ki, geniş vüsət almışdır. Bu, təkcə regionlara aid olan məsələ deyil, Bakı şəhərində, Abşeron yarımadasında da belə hallar var. Yəqin siz də bilirsiniz, bu yaxınlarda ictimaiyyətin bir qrup nümayəndəsi mənə müraciət etmişdir ki, böyük tarixə malik olan Buzovna qayaları bəzi insanlar tərəfindən zəbt edilmişdir. Mən Bakı Şəhər İcra Hakimiyyətinin başçısına dərhal göstəriş verdim ki, bu məsələ araşdırılsın, mənə məruzə edilsin və mənə məruzə edildi. Çox böyük pozuntular aşkarlandı, çox böyük pozuntular. Bu qanunsuz əməllərə kimlər əl atıb? Dövlət məmurları və bəzi dırnaqarası sahibkarlar! Onların da siyahısı var. Bu, tarixə qarşı, bizim təbiətimizə qarşı cinayətdir. Bu qayalar Bakının rəmzidir, bu qayalar əsrlər boyu sahilimizin gözəlliyini əks etdirirdi. Bu qayalara insanlar yaxınlaşırdı, orada filmlər çəkilirdi. Kimsə bunu zəbt edir, onları sındırır, özləri üçün villa tikir.

Əfsuslar olsun ki, belə hallar çoxdur. Bu gün bir daha demək istəyirəm ki, bu hallara qarşı çox ciddi mübarizə aparılır. Çünki idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər. Ona görə siz dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlisiniz. Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Ona görə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır. Həm rəhbərlik edəcəyiniz rayonlarda, həm bütün ölkə üzrə, Abşeron yarımadasında, sahilboyu ərazilərdə, bütün rayonlarda araşdırılmalıdır və qanunsuz əməllərə son qoyulmalıdır.

Azərbaycan ərazi baxımından o qədər də böyük ölkə deyil. Bizim üçün hər qarış torpaq qiymətlidir, dəyərlidir və torpaqdan insanlar istifadə etməlidirlər. Fermerlər, kəndlilər məhsul yetişdirmək üçün istifadə etməlidirlər. Biz ölkəmizin ekoloji sistemini qorumalıyıq və sizə də tövsiyələrimin biri bundan ibarətdir. Görülən və görüləcək bütün işlər elə aparılmalıdır ki, ekologiyaya ziyan dəyməsin. Xüsusilə həm Göygöl, həm Lerik, həm də Masallı çox zəngin təbiəti olan rayonlardır. Ona görə ekoloji tarazlıq, ekoloji normalar qorunmalıdır. Bunu mütləq nəzərə alın.

Əminəm ki, hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq. Bax, dövlətin siyasəti bundan ibarətdir. Mən hər zaman Azərbaycan dövlətinin siyasətini birmənalı şəkildə ifadə edirdim, bunu ictimaiyyətə təqdim edirdim. Mənim bir çox çıxışlarım ictimaiyyət qarşısında hesabat xarakterli çıxışlardır və eyni zamanda, bütün dövlət məmurlarına, o cümlədən sahibkarlara dediyim sözlər hesab edirəm ki, əsas olmalıdır.

Sahibkarlıq inkişaf edir, mən bunu dəstəkləyirəm və bunun üçün bir çox addımlar atılır. Ancaq burada da bütün qaydalara riayət edilməlidir, xüsusilə həm inşaatda, həm kənd təsərrüfatı sahəsində, turizm sahəsində. Baxmaq lazımdır, yaradılan obyekt nə dərəcədə bu və ya digər bölgənin memarlıq üslubuna cavab verir, nə dərəcədə müasir normalara cavab verir, bunun inşaat zamanı əmsalı normalara uyğundur, yoxsa yox. Əfsuslar olsun ki, vaxtilə Bakı şəhərində inşa edilmiş bir çox hündürmərtəbəli binalar indi heç bir şəhərsalma normalarına uyğun gəlmir. Nə üçün? Çünki qanunsuz işlər görülüb. Rayon icra başçıları qanunsuz icazələr verib və bunun nəticəsində də faktiki olaraq şəhərsalma prinsiplərinə böyük zərbə dəyib. Ona görə indi bunları düzəltmək çox çətindir. Amma biz indi bu mərhələdə imkan verə bilmərik ki, inşaatda şəhərsalma normaları pozulsun. Məsələn, işğaldan azad edilmiş rayonlarda bütün şəhərsalma, ekoloji normalar 100 faiz gözlənilir, özü də dünyanın ən inkişaf etmiş ölkələrinin standartları əsasında. Bax, siz də öz fəaliyyətinizdə bu məsələlərə ciddi fikir verməlisiniz və nəzarət etməlisiniz.

Rəhbərlik edəcəyiniz rayonlarda işlərin daha yaxşı getməsi üçün əlbəttə ki, ictimai nəzarət olmalıdır. Siz ictimai nəzarətdən çəkinməməlisiniz. İctimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi sizin işinizə kömək göstərəcək. Ona görə insanlarla bir yerdə olmalısınız, ictimaiyyətlə bir yerdə olmalısınız və biz ancaq bu yolla ölkəmizi inkişaf etdirə bilərik.

Bir daha demək istəyirəm, sizə böyük etimad göstərilir. Mən hesab edirəm ki, son vaxtlar ölkəmizdə gedən çoxşaxəli islahatlar, o cümlədən idarəetmə sahəsində aparılan islahatlar, həmçinin kadr islahatları bütün Azərbaycan ictimaiyyətinə bizim siyasətimizi göstərir, bizim niyyətimizi göstərir.

Azərbaycanın çox böyük perspektivləri var, çox böyük potensialı var, xüsusilə İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən sonra ki, biz bu ədalətsizliyə də son qoyduq, öz gücümüzlə tarixi ədaləti bərpa etdik. Biz müzəffər xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq və ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem olmasın, heç bir ədalətsizlik olmasın. Bütün imkanlar var – təbii sərvətlərimiz, coğrafi yerləşməyimiz, beynəlxalq nüfuz, infrastruktur layihələri. İndi hər şey göz qabağındadır. Azərbaycan necə sürətlə inkişaf edir, xüsusilə indiki şəraitdə ki, həm dünyada iqtisadi böhran hökm sürür, həm digər narahatedici məsələlər göz qabağındadır. İndi belə olan halda, hansısa dövlət məmuru əgər öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq. İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın.

Bax, mənim sizə göstərişlərim bundan ibarətdir. Mən sizdən fəal iş gözləyirəm, nəticə gözləyirəm. Əminəm ki, siz bu yüksək etimadı dərk edərək, dediyim kimi işləyəcəksiniz.

X X X

Rayonların yeni təyin olunan icra hakimiyyətlərinin başçıları onlara göstərilən böyük etimada görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər, bu etimadı doğrultmaq üçün tam məsuliyyətlə çalışacaqlarını və dövlətimizin başçısının tapşırıqlarından irəli gələn məsələləri, üzərilərinə düşən vəzifələri layiqincə icra etmək üçün səylə fəaliyyət göstərəcəklərini bildirdilər.

Böyük ölçüdə video

Böyük ölçüdə şəkillər

BÜTÜN YAZILAR

XƏBƏRLƏR

SƏNƏDLƏR

VİDEOLAR

ŞƏKİLLƏR

kaynak:https://president.az/az/articles/view/56740