Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Aktauda Heydər Əliyevin 100 illiyi münasibətilə təntənəli konsert təqdim olunub

Aktauda Heydər Əliyevin 100 illiyi münasibətilə təntənəli konsert təqdim olunub
REKLAM ALANI
24.05.2023
A+
A-

 

 

 

Aktauda Heydər Əliyevin 100 illiyi münasibətilə təntənəli konsert təqdim olunub
, 2023
Aktauda Heydər Əliyevin 100 illiyi münasibətilə təntənəli konsert təqdim olunub
Qazaxıstanın Aktau şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli konsert keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Aktaudakı Baş konsulluğunun, “Dostluq” Azərbaycan Etnoomədəni Birliyinin və “Azərbaycan Mərkəzi” İctimai Fondunun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə yerli hakimiyyətin, ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

 

 

 

 

 

Konsert öncəsi Mangistau vilayətinin akimi Nurlan Noqayev və Azərbaycanın Aktaudakı Baş konsulluğunun başçısı Elçin Məmmədov çıxış edərək, xalqımızın ümummilli liderinin Azərbaycanın müstəqilliyinin bərpası, möhkəmləndirilməsi, ölkəmizin dinamik inkişafı, iki dövlət arasında ikitərəfli münasibətlərin gücləndirilməsi naminə həyata keçirdiyi əvəzsiz və misilsiz xidmətləri diqqətə çatdırıblar. “Dövlətimizin başçısının tapşırığı ilə iki ölkə arasında mədəni-humanitar əməkdaşlığın və dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir. Hər bir xalqın, ölkənin, etnik qrupun, bütün bəşəriyyətin tarixdə şərəfli yer tutan şəxsiyyətləri vardır. Bunlar silinməz iz qoyan nadir şəxsiyyətlərdir. Heydər Əliyev Qazaxıstanla Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə əvəzsiz töhfə verib”, – deyə Nurlan Noqayev söyləyib.

Təntənəli gecədə Azərbaycanın xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm-qrunu, Azərbaycanın əməkdar artisti, tarzən Şəhriyar İmanov, “Mirvari” Azərbaycan rəqs qrupu, “Akşaqıl” etno-folklor ansamblı, “Jorqa” rəqs ansamblının ifasında maraqlı konsert proqramı təqdim olunub. Konsert tamaşaçıların alqışları ilə qarşılanıb.

Qeyd edək ki, Manqistau vilayətində 7 minə yaxın azərbaycanlı yaşayır. Soydaşlarımız vilayətdəki digər millətlərin nümayəndələri ilə dostluq münasibətləri saxlayırlar. “Dostluq” Azərbaycan Etnomədəni Birliyi Qazaxıstan Xalqları Regional Assambleyasının fəal üzvüdür.

FOTO QALEREYA

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/aktauda-heyder-eliyevin-100-illiyi-munasibetile-tenteneli-konsert-teqdim-olunub-2986

 

 

REKLAM ALANI