2023-cü ilin yekunlarına dair mətbuat konfransına dair mətbuat məlumatı

➡️https://t.co/GKsP5DTUEw pic.twitter.com/ESIZUNnyX3— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) December 28, 2023
No:744/23, 2023-cü ilin yekunlarına dair mətbuat konfransına dair mətbuat məlumatı
2023-cü ilin yekunlarına dair mətbuat konfransına dair mətbuat məlumatı
➡️https://t.co/GKsP5DTUEw pic.twitter.com/ESIZUNnyX3— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) December 28, 2023
28 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində 2023-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilib. Mətbuat konfransında Xarici İşlər Nazirliyinin rəhbər heyəti, yerli və xarici media nümayəndələri iştirak edib.
2023-cü ilin yekunlarına dair mətbuat konfransına dair mətbuat məlumatı
➡️https://t.co/GKsP5DTUEw pic.twitter.com/ESIZUNnyX3— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) December 28, 2023
Mətbuat konfransında 2023-cü il ərzində xarici ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq, ölkəmizin iqtisadi, humanitar diplomatiya və beynəlxalq yardım fəaliyyətləri, postmünaqişə dövründə göstərilən diplomatik səylər, Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üzrə işlər, xarici siyasətin informasiya təminatı ilə bağlı təşkil olunan tədbirlər, analitik iş və kadr məsələləri ilə bağlı geniş məlumat verilib.
2023-cü ilin yekunlarına dair mətbuat konfransına dair mətbuat məlumatı
➡️https://t.co/GKsP5DTUEw pic.twitter.com/ESIZUNnyX3— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) December 28, 2023
Mətbuat konfransında çıxış edən nazir Ceyhun Bayramov, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyimiz 2023-cü ilin onun banisi olduğu, hazırda isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasətimiz üçün uğurlu və zəngin keçdiyini bildirib.
2023-cü ilin yekunlarına dair mətbuat konfransına dair mətbuat məlumatı
➡️https://t.co/GKsP5DTUEw pic.twitter.com/ESIZUNnyX3— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) December 28, 2023
İl ərzində qonşu dövlətlər, o cümlədən Asiya, Avropa, Amerika və Afrika ölkələri ilə təmasların intensivləşdiyi, bu istiqamətdə 44 ölkə ilə müxtəlif sahələr üzrə 161 sənədin imzalandığı, 25 dövlət ilə siyasi məsləhətləşmələrin keçirildiyi diqqətə çatdırılıb. 2023-cü il ərzində ölkəmizin Qoşulmama Hərəkatı, BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramına (SPECA), İqtisadi Əməkdaşlıq Təşkilatına uğurla sədrlik etdiyi, habelə digər regional və beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirdiyi bildirilib. Növbəti il üzrə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu Tərəflər Konfransına (COP-29) ev sahibliyi üçün Azərbaycan Respublikasının namizədliyinin təsdiq olunduğu xüsusilə qeyd olunub.
2023-cü ilin yekunlarına dair mətbuat konfransına dair mətbuat məlumatı
➡️https://t.co/GKsP5DTUEw pic.twitter.com/ESIZUNnyX3— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) December 28, 2023
İqtisadi diplomatiya sahəsi üzrə cari ildə Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təminində və tranzit daşımalarında oynadığı rolun artdığı bildirilib.
Humanitar diplomatiya istiqaməti üzrə mina təhdidi, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlərin görüldüyü qeyd edilib.
2023-cü ilin yekunlarına dair mətbuat konfransına dair mətbuat məlumatı
➡️https://t.co/GKsP5DTUEw pic.twitter.com/ESIZUNnyX3— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) December 28, 2023
Beynəlxalq inkişafa yardım sahəsində il ərzində qardaş Türkiyə Respublikasında baş vermiş dağıdıcı zəlzələ, Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar ölkəmiz tərəfindən göstərilən humanitar yardımlar, ölkəmizin beynəlxalq yardım proqramları barədə tədbir iştirakçıları ətraflı məlumatlandırılıb.
Postmünaqişə dövründə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyinin irəlilədilməsi, habelə ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının qarşısının alınması məqsədilə tərəfimizdən əməli addımların atıldığı qeyd olunub.
2023-cü ilin yekunlarına dair mətbuat konfransına dair mətbuat məlumatı
➡️https://t.co/GKsP5DTUEw pic.twitter.com/ESIZUNnyX3— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) December 28, 2023
Təmasların dinamikasına baxmayaraq, Ermənistanın öhdəliklərindən boyun qaçırmaqla danışıqların imitasiyası ilə məşğul olmasının prosesdə irəliləyişə mane olduğu diqqətə çatdırılıb.
Bununla belə, 19-20 sentyabr tarixlərində aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistanın ərazilərimizdəki qeyri-qanuni hərbi mövcudluğuna son qoyulması ilə bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində tarixi imkanın yarandığı vurğulanıb.
2023-cü ilin yekunlarına dair mətbuat konfransına dair mətbuat məlumatı
➡️https://t.co/GKsP5DTUEw pic.twitter.com/ESIZUNnyX3— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) December 28, 2023
Nazir Ceyhun Bayramov 2023-cü ildə də Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı ərazilərimizdə törətdiyi cinayətlərə görə beynəlxalq hüquqi məsuliyyətinin təsbit edilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.
İl ərzində vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunması, xarici ölkələrdə hərbi münaqişə, təbii fəlakət və digər böhran halları ilə əlaqədar təxliyəsi, habelə onlara göstərilən konsulluq xidmətlərinin inkişaf etdirilməsi istiqamətində əməli addımların atıldığı diqqətə çatdırılıb.
“Heydər Əliyev İli” çərçivəsində Xarici İşlər Nazirliyi, o cümlədən 80-dən çox diplomatik nümayəndəliyimiz tərəfindən müxtəlif tədbirlərin keçirildiyi qeyd olunub.
2023-cü ilin yekunlarına dair mətbuat konfransına dair mətbuat məlumatı
➡️https://t.co/GKsP5DTUEw pic.twitter.com/ESIZUNnyX3— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) December 28, 2023
Xarici İşlər Nazirliyinin kadr təminatı prosesinin təkmilləşdirilməsi məqsədilə görülən işlər və XİN-də həyata keçirilən müsabiqə prosesi barədə ətraflı məlumat verilib.
Paylaş
BÜTÜN XƏBƏRLƏR
kaynak:https://mfa.gov.az/az/news/no74423